Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi Dünya güləş ailəsi ağır itki ilə üzləşib.
Fərdi
31 May , 2020 23:50
Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

Dünya güləş ailəsi ağır itki ilə üzləşib.

"Report"un məlumatına görə, Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Bununla əlaqədar Azərbaycan Güləş Federasiyası mərhumun ailə üzvlərinə, Bolqarıstan Güləş Federasiyasına, Dünya Güləş Birliyinə (UWW) və UWW-EU-ya və başsağlığı verib.

Güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi. 

Qeyd edək ki, Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. T.Tsenov həmçinin 2002-ci ildən UWW-nin Büro üzvü idi.

Son xəbərlər

Orphus sistemi