Yuxarı
    Bağlamaq

    ​Avropa Gənclər Olimpiya festivalının məşəli Tbilisiyə çatdırılıb

    XIII Avropa Gənclər Olimpiya festivalı iyul 26-dan avqustun 1-nə kimi Gürcüstanın paytaxtında keçiriləcək

    Bakı. 18 iyul. REPORT.AZ/ Avropa Gənclər Olimpiya festivalının məşəli Gürcüstanın paytaxtına gətirildi. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Tbilisinin Azadlıq meydanında təşkil olunan tədbirdə Olimpiya alovunun qarşılanma mərasimi keçirilib.

    Azadlıq Meydanında toplaşanların qarşısında çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, bu festival həm Gürcüstanın, həm də bütün regionun həyatında mühüm hadisə olacaq.

    XIII Avropa Gənclər Olimpiya festivalı iyul 26-dan avqustun 1-nə kimi Gürcüstanın paytaxtında keçiriləcək.

    Bu tədbirdə 49 ölkədən 13-18 yaş arasında təxminən 4 min idmançı iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi