Azərbaycanın 3 cüdoçusu EYOF-da gümüş medal qazanıb

Azərbaycanın 3 cüdoçusu EYOF-da gümüş medal qazanıb Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Fərdi
26 İyul , 2022 19:28
Azərbaycanın 3 cüdoçusu EYOF-da gümüş medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsindəki Nurlan Kəriml finalda niderlandlı Cokhem fan Hartenə məğlub olaraq, 2-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl 48 kq-da Könül Əliyeva və 55 kq-da Murad Əliyev gümüş medal əldə edib.

18:38

Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 48 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı İlariya Finestronenə uduzaraq, gümüş medal qazanıb.

18:38

Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Əliyev ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün, həmçinin, 48 kq-da Könül Əliyeva və 60 kq-da Nurlan Kərimli də final görüşünə çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi