Rusiyanın əslən azərbaycanlı fiqurlu konkisürəni Dmitri Əliyev Azərbaycandan dəvət gözləyir.
"Report"un məlumatına görə, bu barədə 22 yaşlı idmançı "Moskva-Baku" portalına açıqlamasında bildirib. Əliyev bildirib ki, Bakıda fiqurlu konkisürmə üzrə master-klass keçirməyi təklif etsələr, tərəddüd etmədən razılaşar: "Vaxt uyğun gəlsə və belə imkan yaransa, əlbəttə, Bakıya məmnuniyyətlə yollanacaq, təcrübəmi hamı ilə bölüşəcəyəm. Öz qrupumda balaca fiqurlu konkisürənlərə kömək edir, tullanma hərəkətini ən yaxşı formada yerinə yetirmələrinə dair məsləhət verirəm. Təcrübəmi bölüşmək və kömək etmək mənə xoşdur".
Gənc idmançı Bakıya turist kimi gəlməyi də çox istədiyini diqqətə çatdırıb. O, şəhəri gəzmək, tarixi ilə tanış olmaq, əcdadlarının yaşadıqları yerlərə baxmaq niyyətində olduğunu söyləyib: "Bu, mənim üçün çox maraqlıdır. Amma belə bir formatda və bu yay çətin ki, Bakıya səfərim baş tutsun. Ola bilsin, idmançı karyeram başa çatdıqdan sonra Bakıya hərtərəfli turist proqramı ilə yollana biləcəyəm".
Əliyev gələcəkdə Azərbaycanda da fiqurlu konkisürmə üzrə beynəlxalq turnirlərin keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb: "Kim bilir, bəlkə gələcəkdə bu da oldu və həmin vaxt Azərbaycana getmək imkanım daha tez yaranacaq. Bu, mənim üçün çox maraqlıdır".
Qeyd edək ki, Dmitri Əliyev 2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilmiş Avropa çempionatında fərdi proqramda qızıl medal qazanıb.