Avropa çempionlarımız mübarizəyə başlayır

Avropa çempionlarımız mübarizəyə başlayır  Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq
Fərdi
174
23 Aprel , 2021 10:08
Avropa çempionlarımız mübarizəyə başlayır
Eldəniz Əzizli

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.

Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və son Avropa çempionu Sənan Süleymanov (77 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.

Əzizli və Məmmədov Bolqarıstan, Süleymanov isə Finlandiya təmsilçisi ilə görüşəcək. Azərbaycanın digər 5 yunan-Roma güləşçisi növbəti gün qüvvəsini sınayacaq.

Avropa çempionatı
Yunan-Roma güləşi

23 aprel

55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan)

63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan)

77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya)

Bu gün eyni zamanda qadın güləşində təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək.

Qadın güləşi

53 kq

Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)

65 kq

Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)

Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi