Yuxarı
    Bağlamaq

    Avropa çempionatından qayıdan Azərbaycan cüdoçuları üçün qarşılanma mərasimi keçirilib

    Onları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş qarşılayıb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ İspaniyanın Malaqa şəhərindəki Avropa çempionatında çıxışını başa vuran Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Vətənə qayıdıb. 

    Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2 qızıl və komanda yarışlarında gümüş medal qazanmış milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş qarşılayıb.

    Qeyd edək ki, Avropa çempionatında qızıl medallara Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) sahib çıxıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi