Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanan Azərbaycanın qadın güləşçiləri Vətənə qayıdıblar.
"Report"un məlumatına görə, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.
Qeyd edək ki, Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan millimiz medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Komandamız 10 çəkidən yalnız 5-ində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) isə bürünc mükafat qazanıb.