Avropa çempionatında iştirak edəcək gimnastlarımız bilindi

Avropa çempionatında iştirak edəcək gimnastlarımız bilindi Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Fərdi
101
9 İyun , 2021 15:39
Avropa çempionatında iştirak edəcək gimnastlarımız bilindi

Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda ölkəni 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı 9 - 13 iyunda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi