Yuxarı

​Avropa çempionatında çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

Ümumilikdə 10 cüdoçu mübarizəyə qoşulacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 21-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Avropa çempionatı üçün Azərbaycan yığmasının heyəti məlum olub. "Report"un məlumatına görə, baş məşqçi Peter Zayzenbaxer ümumilikdə 10 cüdoçuya şans verəcək.

Kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə yalnız Ayşə Qurbanlı (48 kq) çıxış edəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi