Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib.
Fərdi
9 Sentyabr , 2019 09:53
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən yalnız Murad Allahverdiyev medalı təmin edib. 

81 kq çəkidə mübarizə aparan boksçu belaruslu Raman Kazyankova qalib gəlib - 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28). O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

Azərbaycanlı boksçu finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.

Son xəbərlər

Orphus sistemi