Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb

Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış qadınlardan ibarət Azərbaycan millisi mükafatlandırılıb.
Fərdi
26 Noyabr , 2021 12:28
Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb

Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış qadın şahmatçılardan ibarət Azərbaycan millisi mükafatlandırılıb.

"Report" xəbər verir ki, mükafatlandırma Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Eyni zamanda öz taxtasında birinci yeri tutan kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov təltif olunub. Onların hər birinə pul mükafatları təqdim edilib və gələcək yarışlarda uğurlar arzulanıb.

Qeyd edək ki, yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi