Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.
"Report"un məlumatına görə, 122 xalla komanda hesabında 3-cü yeri tutan sərbəst güləş üzrə millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Maqomedxan Maqomedov (97 kiloqram) gümüş İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kq), Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) bürünc medalları qazanıblar. Bununla da yığmamız 122 xalla komanda hesabında üçüncü olub.