Avropa çempionatında 11 medal qazanan veteran cüdoçular Bakıya qayıdıb

Avropa çempionatında 11 medal qazanan veteran cüdoçular Bakıya qayıdıb Yarış Zaqrebdə keçirilib
Fərdi
20 İyun , 2017 11:18
Avropa çempionatında 11 medal qazanan veteran cüdoçular Bakıya qayıdıb
Judo.az

Bakı. 20 iyun. REPORT.AZ/ Xorvatiyanın Zaqreb şəhərində veteranlar arasında keçirilən Avropa çempionatının fərdi və komanda yarışında üst-üstə 11 medal qazanan Azərbaycan cüdoçuları vətənə dönüblər.

“Report”un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, fərdi yarışlarda Azərbaycanın veteran cüdoçuları 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Avropa çempionatının komanda yarışlarında isə milli 30-40 yaş kateqoriyası üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi