Avropa çempionatına qatılacaq Azərbaycanın cüdo millisinin açıq məşqi keçirilib

Avropa çempionatına qatılacaq Azərbaycanın cüdo millisinin açıq məşqi keçirilib Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət cüdo millisinin açıq məşqçi keçirilib.
Fərdi
3 aprel 2025 16:35
Avropa çempionatına qatılacaq Azərbaycanın cüdo millisinin açıq məşqi keçirilib

Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət cüdo millisinin açıq məşqi keçirilib.

"Report"un məlumatına görə, hazırlıq prosesinə yarışa yollanacaq idmançılar və digər cüdoçular qatılıblar.

Məşqdə Qazaxıstan və İtaliya təmsilçiləri də iştirak ediblər.

Avropa çempionatı aprelin 23-dən 27-nə qədər keçiriləcək. Yarışda ölkəmizi 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi