Avropa çempionatında iştirak edəcək Azərbaycan atletlərinin adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan atletlərinin adları açıqlanıb Bakı. 22 fevral. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək atletika üzrə qış Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fərdi
22 Fevral , 2019 18:03
Avropa çempionatında iştirak edəcək Azərbaycan atletlərinin adları açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək atletika üzrə qış Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Atletika Federasiyasından "Report"a verilən məlumata görə, martın 1-də start götürəcək yarışa 2 idmançı yollanacaq. Nazim Babayev 3 təkanla tullanma, Zəkiyyə Həsənova isə 60 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı 3 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi