Avropa çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Avropa çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır Bu gün Azərbaycanın daha 2 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.
Fərdi
30 Aprel , 2022 10:18
Avropa çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.

"Report"un məlumatına görə, 73 kq-da çıxış edən Hidayət Heydərovla Rüstəm Orucov ikinci yarış günündə medal qazanmağa çalışacaqlar. Hər iki cüdoçu mübarizəyə 1/16 finaldan başlayacaq.

Heydərov polşalı Adam Stodolski ilə münasibətlərinə aydınlıq gətirəcək. Orucov isə irlandiyalı Coşua Qrini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi