Avropa çempionatı: Daha iki taekvondoçumuz medalsız qaldı

Avropa çempionatı: Daha iki taekvondoçumuz medalsız qaldı Avropa çempionatına aprelin 11-də yekun vurulacaq
Fərdi
103
9 Aprel , 2021 17:57
Avropa çempionatı: Daha iki taekvondoçumuz medalsız qaldı

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında ikinci günü medalsız bitirib.

"Report"un məlumatına görə, bu gün mübarizəyə qoşulan Xanoğlan Kərimov (63 kq) 1/16 finalda Boqdan Tixonova (Ukrayna) uduzub.

68 kq-da yarışan Cavad Ağayev isə 1/4 finaladək irəliləyə bilib. O, Beka Kavtaradze (Gürcüstan) və İmran Özkayaya (Almaniya) qalib gəlsə də, 1/4 finalda Xavyer Peresə (İspaniya) məğlub olub.

Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Son xəbərlər

Orphus sistemi