İki güləşçimiz finalda, biri erməni ilə qarşılaşacaq - YENİLƏNİB

İki güləşçimiz finalda, biri erməni ilə qarşılaşacaq - YENİLƏNİB Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Fərdi
18 İyun , 2021 18:30
İki güləşçimiz finalda, biri erməni ilə qarşılaşacaq - YENİLƏNİB

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəlib.

"Report"un məlumatına görə, 48 kq-da çıxış edən Fəraim Mustafayev 1/4 finalda Oliver Qrauenə (Estoniya) 8:0, yarımfinalda isə Kazbek Tarkanova (Rusiya) 9:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.

55 kq-dakı Fərid Baxışlı isə ardıcıl olaraq, Yuhan Kristyuhan (Estoniya), Luka Musman (Almaniya), Konstantin Savçuk (Rusiya) və Saveliy Raşçinskini (Belarus) məğlub edərək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi Ermənistan təmsilçisi Armen Sukiasyan olacaq.

14:30

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

"Report"un məlumatına görə, yarışın beşinci günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

55 kq-da Fərid Baxışlı təsnifat mərhələsində Yuhan Kristyuhana (Estoniya) 9:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi almaniyalı Luka Musman olacaq.

65 kq çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə əvvəlcə türkiyəli Nihat Kara üzərində 3:2 hesablı qələbə qazanıb. 1/8 finalda Ermənistan təmsilçisi Aşot Xaçatryanla üz-üzə gələn idmançı rəqibini "tuşe" ilə məğlub edərək, növbəti mərhələlə adlayıb. O, 1/4 finalda İmed Xudzadze (Ukrayna) ilə qarşılaşacaq.

80 kq-dakı Cocu Səmədov startda Maksim Masiukeviçə (Belarus) uduzub - 5:7. 48 kq-da mübarizə aparan Fəraim Mustafayev isə hələ döşək üzərinə çıxmayıb. Mübarizəyə 1/4 finalda qoşulacaq idmançı Oliver Qrauenlə (Estoniya) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi