Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finalda, 3-ü bürünc medal görüşünə çıxacaq

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finalda, 3-ü bürünc medal görüşünə çıxacaq Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fərdi
1 Aprel , 2022 19:09
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finalda, 3-ü bürünc medal görüşünə çıxacaq

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

"Report"un məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək ardıcıl ikinci dəfə adını finala yazdırıb.

O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1. Məmmədov qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

77 kq-da yarışan Sənan Süleymanov təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Buna səbəb idmançının 1/4 finalda uduzduğu Malkhas Amoyanın (Ermənistan) finala çıxmasıdır. Süleymanovun rəqibi Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi olacaq.

87 kq çəki dərəcəsindəki İslam Abbasov yarımfinalda Niku Samuel Ojoqa (Rumıniya), 130 kq-dakı Beka Kandelaki isə Rza Kayaalpa məğlub olduqlarından 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar. Onlar müvafiq olaraq, Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) və Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

18:56

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.

Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.

Yarış aprelin 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi