Azərbaycanın qadın güləşçisi İrina Netreba Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı ukraynalı Tatyana Rijko ilə qarşılaşıb.
Rəqibinə 1:11 hesabı ilə uduzan Netreba finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək.
53 kq-da Tatyana Varansova da Avropa çempionatında "bürünc" qazana bilər. Onun 1/4 finalda uduzduğu Rusiya təmsilçisi Olqa Xoroşavtsova finala vəsiqə qazandığından, Varansova 3-cü yer uğunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.
Azərbaycanın daha bir qadın güləşçisi Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən İrina Netreba 1/8 finalda Tatyana Pavlovaya (Belarus), növbəti raundda isə Sofiya Georgiyevaya (Bolqarıstan) qalib gəlib.
Tatyana Varansova (53 kq) isə 1/4 final mərhələsində Olqa Xoroşavtsovaya (Rusiya) uduzub.
Bu gün həmçinin 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.