Avropa çempionatı: Daha bir güləşçimiz üçün medal şansı

Avropa çempionatı: Daha bir güləşçimiz üçün medal şansı Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Fərdi
17 İyun , 2021 18:31
Avropa çempionatı: Daha bir güləşçimiz üçün medal şansı
Zenfira Haşımova

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

"Report"un məlumatına görə, yarışın 4-cü günündə Azərbaycanın iki qadın güləşçisi mübarizəyə qoşulub.

46 kq-da Zenfira Haşımova 1/4 finalda fransalı Jülye Leskuru 5:3 hesabı ilə məğlub etsə də, yarımfinalda Svetlana Katenka (Belarus) ilə bacarmayıb - 1:8. O, sabah bürünc medal uğrunda gürcüstanlı Marina Satkoevi ilə qarşılaşacaq.

53 kq-da çıxış edən Əsmər Canqurtaran da yarışa uğurlu satrt verib. Təsnifat mərhələsində Krişta Kafaya (Rumıniya) "tuşe" ilə qalib gələn güləşçi 1/8 finalda Nikola Drozdekə (Polşa) 2:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi