Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, üçüncü yarış günündə 74 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə 1/16 finalda Atman Bouthouyakla (Fransa) üz-üzə gələcək.
80 kq-da yarışan Avropa və ikiqat dünya çempionu Milad Beigi Hərçəqani 1/8 finalda David Simek (Çexiya) - Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında Fəridə Əzizova (67 kq) isə 1/8 finalda Natalia İuleva (Belarus) - Elin Johansson (İsveç) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.