Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin II tur üçün heyətləri bəlli olub

Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin II tur üçün heyətləri bəlli olub Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.
Fərdi
13 Noyabr , 2021 13:47
Avropa çempionatı: Azərbaycanın şahmat millilərinin II tur üçün heyətləri bəlli olub

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda Serbiya yığması ilə, qadınlar isə İsveçlə üz-üzə gələcək.

Avropa çempionatı, II tur

Kişilər

Serbiya - Azərbaycan

Aleksandr İndiç - Şəhriyar Məmmədyarov

İvan İvaniseviç - Teymur Rəcəbov

Robert Markus - Qədir Hüseynov

Miloş Perunoviç - Nicat Abbasov

Qadınlar

İsveç - Azərbaycan

Pia Kramlinq - Günay Məmmədzadə

İnna Agrest - Gülnar Məmmədova

Jelena Andriç - Xanım Balacayeva

Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. İlk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.

Son xəbərlər

Orphus sistemi