Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
Fərdi
- 11 mart, 2025
- 23:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.
Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.
Son xəbərlər
19:43
Boks üzrə U-23 Avropa çempionatının ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb
Fərdi
19:40
İshaq Dar: Pakistan ABŞ və İran arasındakı münaqişənin nizamlanması üzrə səylərini davam etdirir
Digər ölkələr
19:30
Uşakov Aİ-nin Ukrayna üzrə danışıqlarda iştirakı şərtini açıqlayıb
Region
19:20
Tramp Censen Huanqın "Nvidia"nın rəhbəri vəzifəsinə qayıtmasına etiraz etmir
Digər ölkələr
19:00
Rusiya nüvə qəzası riskinə görə Ukrayna enerji infrastrukturuna zərbələri dayandırmağa çağırılıb
Digər ölkələr
18:56
Tramp "60 Minutes" proqramını İranın zərbələrinə dair məlumatları təhrif etməkdə ittiham edib
Digər ölkələr
18:53
ABŞ lideri Kim Çen Inla görüş ehtimalını istisna etməyib
Digər ölkələr
18:51
Uşakov Putinin Si Cinpin və Trampla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyini açıqlayıb
Region
18:36
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Digər ölkələr