Azərbaycanın qadın güləşçilərindən biri finalda, ikisi bürünc medal görüşünə çıxacaq

Azərbaycanın qadın güləşçilərindən biri finalda, ikisi bürünc medal görüşünə çıxacaq Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fərdi
9 Mart , 2022 19:35
Azərbaycanın qadın güləşçilərindən biri finalda, ikisi bürünc medal görüşünə çıxacaq

Azərbaycanın daha bir qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq-dakı Nigar Mirzəzadə finala gedən yolda türkiyəli Aslı Demirlə qarşılaşıb.

Qarşılaşmadan 0:6 hesabı ilə məğlub ayrılan Mirzəzadə bürünc medal uğrunda yarışacaq. Rəqib Karolina Kozlovska (Polşa) - Marta Navarro (İspaniya) görüşünün güclüsü olacaq.

19:07

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı moldovalı Mixaela Samoillə üz-üzə gəlib.

Rəqibini 11:4 hesabı ilə məğlub edən Məmmədova finala vəsiqə qazanıb. Onun həlledici qarşılaşmadakı rəqibi rumıniyalı Andreya Beatris Ana olacaq.

50 kq-da çıxış edən Şəhanə Nəzərova isə yarımfinalda macarıstanlı Şimonetta Şeker 0:8 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda Liza Ersel (Almaniya) - Mariya Leorda (Moldova) görüşünün qalibi ilə mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi