Avropa çempionatı: Azərbaycanın kumite komandası növbəti mərhələyə yüksəlib

Avropa çempionatı: Azərbaycanın kumite komandası növbəti mərhələyə yüksəlib Azərbaycanın daha 4 karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə başlayıb.
Fərdi
26 May , 2022 20:34
Avropa çempionatı: Azərbaycanın kumite komandası növbəti mərhələyə yüksəlib

Azərbaycanın daha 4 karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, yarışın 2-ci günündə kişilərdən 60 kq-da Əminağa Quliyev və 67 kq-da Tural Ağalarzadə, qadınlardan isə 50 kq-da İnci Əzizova və 55 kq-da Mədinə Sadiqova tatamiyə çıxıblar.

Onlardan yalnız sonuncu medal qazanmaq şansını saxlayıb. Sadiqova mayın 28-də bürünc medal görüşünə çıxacaq.

Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadıqova və İrina Zaretskadan ibarət qadın kumite komandası da ilk görüşünü keçirib. Serbiyaya 2:1 hesabı ilə qalib gələn kollektiv növbəti mərhələdə Xorvatiya ilə üz-üzə gələcək.

Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət kişi kumite komandası isə Kosovo ilə üz-üzə gələcək.

İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kumite komandası isə 3-cü yer uğrunda qarşılaşmada Xorvatiyanı sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.

Son xəbərlər

Orphus sistemi