Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü üç medalla başa vurublar - YENİLƏNİB
- 07 sentyabr, 2023
- 15:36
Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında ilk günü üç medalla başa vurublar.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov qızıl, 66 kq-da Aydın Rzayev gümüş medala sahib olub.
Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva bürünc medal əldə edib.
16:26
Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında finala yüksəliblər.
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov və 66 kq-da Aydın Rzayev qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar.
İmranov həlledici görüşdə İsraildən olan Yehonatan Vekslerlə, Rzayev isə Tenqo Zirakaşvili (Gürcüstan) - Migel Qaqo (Portuqaliya) cütünün qalibi ilə güləşəcək.
Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Mikaela Sciacovelli ilə üz-üzə gələcək.
Bu gün tatamiyə çıxan Nicat Nağıyev (66 kq), Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) medal şanslarını itiriblər.