Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib Azərbaycan 4 yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayıb.
Fərdi
7 Mart , 2022 15:28
Avropa çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın 3 yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Ziya Babaşov 1/4 final mərhələsində israilli Abere Feteneyə qalib gəlib.

77 kq-dakı Xasay Həsənli bolqar Martin Dimitrovu, ardınca macar Kriştofer Klanyini məğlubiyyətə uğradıb.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb. 130 kq-dakı Sərxan Məmmədov isə 1/4 finalda çexiyalı Marsel Albini ilə dueldən qalib ayrılıb.

Babaşov finala gedən yolda bolqar İlya Mustakovla, Həsənli serbiyalı Aleksa İliçlə, Məmmədov türkiyəli Fatih Bozkurtla görüşəcək.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Avropa çempionatı martın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi