Avropa çempionatı: Azərbaycanın 2 qadın güləşçisi bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Azərbaycanın 2 qadın güləşçisi bürünc medal uğrunda yarışacaq Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fərdi
30 Mart , 2022 19:26
Avropa çempionatı: Azərbaycanın 2 qadın güləşçisi bürünc medal uğrunda yarışacaq

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 59 kq çəkidə mübarizə aparan idmançı finala gedən yolda polşalı Yovita Vjesenlə qarşılaşıb.

Rəqibinə 1:3 hesabı ilə uduzan Kolesnik finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda görüşdə A qrupunda 8:4 hesabı ilə məğlub etdiyi almaniyalı Elene Heyke Bruggerlə qüvvəsini sınayacaq.

Bu gün mübarizəyə qoşulan Türkan Nəsirova da 3-cü yer uğrunda güləşəcək. 50 kq-da yer alan idmançının 1/4 finalda uduzduğu bolqarıstanlı Miqlena Selişka finala adladığından o, bürünc medal görüşünə vəsiqə qazanıb. Nəsirovunun rəqibi polşalı Anna Lukasyak olacaq.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da Abubakr Abakarov qızıl, 74 kq-da Turan Bayramov və 92 kq-da Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi