Avropa çempionatı: Azərbaycanın 2 boksçusu bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu bürünc medal qazanıb Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fərdi
22 Oktyabr , 2021 12:45
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Federasiyadan "Report"a verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.

51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.

Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi