Avropa çempionatı: Azərbaycan boksçusu finala yüksəlib
Fərdi
- 20 aprel, 2022
- 12:10
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.
"Report" xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan idmançı irlandiyalı Tedi Coysla üz-üzə gəlib. Babayev rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.
Qeyd edək ki, Kənan Babayev aprelin 21-də keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq. O, əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gəlib.
Son xəbərlər
22:03
Bessent: ABŞ NATO-da qalacaq
Digər ölkələr21:44
Qəzzanı idarə edəcək komitənin üzvləri məlum olub
Digər21:33
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə21:09
Kanada 1 milyard dollara "Sülh Şurası"na qoşulmağı nəzərdən keçirir
Digər ölkələr20:37
Foto
Sabirabadda uçan körpü yenidən tikiləcək
İnfrastruktur20:31
NTD-nin baş məşqçisi: "Sona qədər mübarizə apardıq"
Komanda20:31
Suriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək
Digər ölkələr20:25
İrlandiyanın Baş nazirindən ABŞ-yə xəbərdarlıq: Şübhəsiz ki, Aİ cavab verəcək
Digər ölkələr20:13