Avropa çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Avropa çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.
Fərdi
14 Mart , 2022 19:20
Avropa çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Azərbaycan boksçusu Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda gürcüstanlı Luka Nikabadze ilə qarşılaşıb.

Rəqibinə 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə qalib gələn ölkə çempionu 1/8 finala yüksəlib. Onun növbəti rəqibi xorvatiyalı Alen Ahmetoviç olacaq. Döyüş martın 15-də baş tutacaq.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan boksçusu Mirşərif Kazımzadə (75 kq) isə 1/16 finalda şotlandiyalı Hikki Samla bacarmayıb.

Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərovla yanaşı, yığmanın digər üzvü Murad Allahverdiyev (80 kq) də rinqə çıxacaq.

Son xəbərlər

Orphus sistemi