Avropa birinciliyi: Boksçumuz finala vəsiqə qazandı - YENİLƏNİB

Avropa birinciliyi: Boksçumuz finala vəsiqə qazandı - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin döyüşləri keçirilib.
Fərdi
253
9 İyul , 2021 16:50
Avropa birinciliyi: Boksçumuz finala vəsiqə qazandı - YENİLƏNİB

Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində finala yüksəlib.

Federasiyadan "Report"a verilən məlumata görə, 54 kq-da yarışan idmançı yarımfinalda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib. Son Avropa çempionunu 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Qasımzadə həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi rusiyalı Boqdan Prima olacaq.

10:09

Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1/4 final görüşünə çıxıb.

Federasiyadan "Report"a verilən məlumata görə, 54 kq-da mübarizə aparan idmançı Fyodor Kamaninlə (Estoniya) qarşılaşıb.

1/8 finalda ukraynalı Arseni Oniyenkonu məğlub edən Qasımzadə (54 kq) Kamanin üzərində 5:0 (30:25, 30:25, 30:24, 30:25, 30:25) hesabı ilə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı təmin edib.

Boksçunun finala gedən yolda rəqibi rumıniyalı Daniel Girleanu olacaq. Döyüş iyulun 9-da baş tutacaq.

Azərbaycanın digər boksçularından Kənan Babayev (48 kq) Malik Saqaypova (Rusiya), Fərhad Şeydayev (63 kq) Adham Kayoufa (İsrail), Ziya Həsənov (66 kq) Mehman Namazova (Gürcüstan) və Eldar Əsədli (+80 kq) Aleksandr Zelinskiyə (Ukrayna) məğlub olub.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi