Australian Open: Cokoviçin finaldakı rəqibi məlum oldu

Australian Open: Cokoviçin finaldakı rəqibi məlum oldu Rusiyalı tennisçi Daniil Medvedev karyerasında ilk dəfə "Australian Open"in finalına yüksəlib
Fərdi
19 Fevral , 2021 17:52
Australian Open: Cokoviçin finaldakı rəqibi məlum oldu

Rusiyalı tennisçi Daniil Medvedev karyerasında ilk dəfə "Australian Open"in finalına yüksəlib.

"Report"un məlumatına görə, 25 yaşlı idmançı yarımfinalda yunanıstanlı Stefanos Tsitsipası 3 setdə məğlubiyyətə uğradıb - 6:4, 6:2, 7:5. Görüş 2 saat 11 dəqiqə davam edib.

Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində dördüncü yeri tutan Medvedev finalda bir nömrəli raketka ustası Novak Cokoviçlə qarşılaşacaq. Rusiya və Serbiya tennisçilərinin görüşü fevralın 21-də keçiriləcək. Cokoviç yarımfinalda digər rusiyalı Aslan Karatsayevi üstələyib.

Qeyd edək ki, "Australian Open"in ümumi mükafat fondu 62,6 milyon ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi