Atletlər Kəndinə media üçün tur təşkil olunub

Atletlər Kəndinə media üçün tur təşkil olunub Gəzinti zamanı IV İslam Həmrəyliyi Oyunları ərzində kompeksin fəaliyyəti ilə bağlı məlumat verilib
Fərdi
111
10 May , 2017 17:25
Atletlər Kəndinə media üçün tur təşkil olunub
Report.az

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə Atletlər Kəndinə media üçün tur təşkil olunub. 

“Report” xəbər verir ki, gəzinti zamanı IV İslam Həmrəyli Oyunları ərzində kompeksin fəaliyyəti ilə bağlı məlumat verilib.

Bildirilib ki, Atletlər Kəndinin Mərkəz meydanı orada məskunlaşacaq rəsmi və texniki şəxslərin, eləcə də idmançıların yaxınları ilə görüşləri üçün nəzərdə tutulub. Bayraq meydanı isə rəsmi tədbirlərin təşkili üçündür.

Kompleksdə fasiləsiz olaraq 2 yeməkxana fəaliyyət göstərir. Müxtəlif mətbəxlərə aid olan yeməklər yerli və əcnəbi aşpazlar tərəfindən hazırlanır. Bütün qida məhsullarının və içkilərin yanında onların tərkibi ilə bağlı məlumat lövhələri yerləşdirilib.

Atletlər Kəndində fasiləsiz işləyən poliklinika fəaliyyət göstərir. Həmçinin, bir neçə xəstəxana və klinika ilə müqavilə əsasında əməkdaşlıq edilir. İdmançılara əcnəbi, digər şəxslərə isə yerli tibbi personal xidmət göstərir.

Kompleksdə məskunlaşan şəxslərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əyləncə mərkəzi də fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti 1-ci binada məskunlaşıb. Artıq Türkiyə, İraq, Malayziya, Mərakeş, Banqladeş, Özbəksitan, Kamerun, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkənin nümayəndə heyəti Atletlər Kəndinə gəlib.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi