Atçılığın cıdır növü üzrə “Böyük Bakı Derbi” turnirinin qalibi müəyyənləşib

Atçılığın cıdır növü üzrə “Böyük Bakı Derbi” turnirinin qalibi müəyyənləşib İlk pilləni “Majestic Warrior” ləqəbli atla Məcid Məmmədov tutub
Fərdi
155
8 Avqust , 2017 16:22
Atçılığın cıdır növü üzrə “Böyük Bakı Derbi” turnirinin qalibi müəyyənləşib
Report.az

Bakı. 8 avqust. REPORT.AZ/ Atçılığın cıdır növü üzrə Azərbaycanda təşkil olunan “Böyük Bakı Derbi” turnirinin qalibi müəyyənləşib. “Report”un məlumatına görə, Bakıdakı "Binə" atçılıq mərkəzində keçirilən yarışda ilk pilləni “Majestic Warrior” ləqəbli atla Məcid Məmmədov tutub.

“Majestic Warrior” 2400 metr məsafəni 2 dəqiqə 49 saniyəyə qət edib. Turnirdə 2-ci yeri “Royal Mirage” ləqəbli atla Mehman Xəlilov tutub. Yarışa “Agat” ləqəbli atla qatılan Gürcüstan idmançısı Giorgi Çhxartishvili isə üçüncü olub.

Qeyd edək ki, “Böyük Bakı Derbi”də 9 çapar iştirak edib. Turnirin qalibi ingilis cinsindən olan “Majestic Warrior” ləqəbli at 2016-ci ilin iyul ayında Buta Golden Atçılıq İdman Klubuna gətirilib və bunadək qatıldığı 8 turnirin hamısında birinci yeri tutub. M.Məmmədov yarışlara baş məşqçi Camal Tağıyev və məşqçi Vidadi Tağıyevin rəhbərliyi altında hazırlaşır. 

Son xəbərlər

Orphus sistemi