AŞF-nin vitse-prezidenti: Yaddaqalan tarixi illəri sahmatın timsalında xalqa çatdırmağa çalışırıq

AŞF-nin vitse-prezidenti: Yaddaqalan tarixi illəri sahmatın timsalında xalqa çatdırmağa çalışırıq Yaddaqalan tarixi illəri şahmatın timsalında xalqa çatdırmağa çalışırıq.
Fərdi
1 İyul , 2024 13:23
AŞF-nin vitse-prezidenti: Yaddaqalan tarixi illəri sahmatın timsalında xalqa çatdırmağa çalışırıq

Yaddaqalan tarixi illəri şahmatın timsalında xalqa çatdırmağa çalışırıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov deyib.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan “Baku Open 2024” Şahmat Festivalı barədə danışan təcrübəli mütəxəssis yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:

"Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Baku Open 2023" turniri keçirilmişdi. Bu yarış heç də ötənilkindən geri qalmır. Çalışırıq ki, yaddaqalan tarixi illəri şahmatın timsalında xalqa çatdıraq. Azərbaycana gələn qonaqlar da yarışın hansı məqsədlə keçirildiyini görsünlər. Ola bilsin, gələn il Zəfər Gününə həsr olunan şahmat festivalı keçirilsin. Bu yöndə planlarımız var".

Yarışın baş hakimi olan F.Həsənov “Baku Open 2024” Şahmat Festivalının keçirilməsinin məqsədləri barədə danışıb:

"A qrupunda çox güclü şahmatçılarımız iştirak edir. B qrupunda 10-12 yaşlı idmançılar mübarizə aparır. İstəyimiz odur ki, onlar indidən beynəlxalq yarışlara öyrənsinlər və təcrübələri artsın. Onlar ilk dəfə xaricdən olan şahmatçılarla üz-üzə gəlirlər. Eyni zamanda, bu yarış milli komandamızın üzləri üçün sentyabrda Macarıstanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıq xarakteri daşıyır".

Qeyd edək ki, iyunun 29-da start götürən “Baku Open 2024” Şahmat Festivalında 300-dək idmançı çıxış edir. Yarışın mükafat fondu 50 000 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi