ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
Fərdi
- 01 fevral, 2024
- 11:56
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.
ASAPES-dən "Report"a verilən məlumata görə, rektor Fuad Hacıyev prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.
Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.
Son xəbərlər
11:28
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
Ekologiya11:25
"Neftçi"nin yeni transferi Denzel Jubitana: "Klub üçün hər şeyimi verməyə hazıram"
Futbol11:22
Berlində qaçqınlar mərkəzində yanğın: yüzlərlə insan təxliyə edilib
Digər ölkələr11:19
Azərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb
Maliyyə11:06
Rusiya Ukraynanın Nikolayev və İzmayıl limanlarına zərbələr endirib
Digər ölkələr11:03
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Energetika10:51
Azərbaycanda ev təsərrüfatlarının ötənilki İKT xərclərinin strukturu açıqlanıb
İKT10:50
Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib
Hadisə10:42