Arif Rəhimov: "Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb"

Arif Rəhimov: "Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb" "Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb".
Fərdi
28 Aprel , 2022 09:36
Arif Rəhimov: Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb
Arif Rəhimov

"Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün biletlərin 60 faizini əcnəbi azarkeşlər alıb".

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "F1news"a müsahibəsində deyib.

O bildirib ki, əvvəlki illərdə də hər zaman belə olub. Yəni, yerli sakinlərə satış son dəqiqələrdə həyata keçirilib: "Biz bu il ölkə daxilində 2019-cu illə müqayisədə daha çox bilet satmışıq. Xaricilərin biletləri daha tez almaları təəccüblü deyil. Onlar uçuş biletləri əldə etməli, hotel bronlaşdırmalıdırlar".

Rəhimov turistlərin Azərbaycana qayıdışını müsbət hal kimi dəyərləndirib: "Bu il Qran-pri Bakıda ideal iqlimin, isti və günəşli havanın olduğu iyunda keçiriləcək. Tendensiya çox yaxşıdır. Əminəm ki, yarış həftəsonunadək bütün biletləri sata biləcəyik. Azarkeşləri iyunda qarşılamaqdan məmnun olacağıq. Bu il COVID-19-la bağlı heç bir problemimiz olmayacaq".

İcraçı direktorun sözlərinə görə, Bakıda hamı üçün bütün lazımi təhlükəsizlik tədbirləri görüləcək. BŞH rəhbəri Azərbaycan Qran-prisinin son illər "Formula 1" təqvimində populyar yarışlardan biri olmasının səbəblərini də açıqlayıb: "Səbəblərdən biri asta və sürətli iştirakçılar arasında optimal balansdır. Dəyişkən relyef və fərqli-fərqli döngələr yarışa köklənmə axtarışını çətinləşdirir. Əvvəlki beş Azərbaycan Qran-prisinin hər birində qaliblər fərqli olub. Əminəm ki, bu il də yeni qalib görəcəyik. Bakı mərhələsi hər il hamını təəccübləndirir. 2017-ci ildə Sebastyan Fettel və Lüis Hemiltonun məşhur toqquşmasını, yaxud sonrakı il "Red Bull" pilotlarının toqquşmasını yada salın. Maks Ferstappenin trasdan çıxdığı və yarışın taleyinin son döngələrdə həll olunduğu ötənilki dramı da unutmayaq. Azarkeşlər bilirlər ki, Azərbaycan Qran-prisini qaçırmaq olmaz. Çünki burada hər şey ola bilər. Bu, mövsümün nəticəsi əvvəlcədən bilinməyən yarışıdır"!

Rəhimov yeni nəsil maşınlarla mübarizənin daha maraqlı olacağına əminlik ifadə edib: "Bu il əla tamaşa alınacaq. Elə ilk mərhələlərdə DRS-in effekti nəzərə çarpacaq dərəcədə güclənib. Son döngədən çıxışın uzunluğunu nəzərə alsaq, DRS-in ikinci zonasından sonra birinci və üçüncü döngədə çoxlu ötmələr görəcəyik. Bizim trasda ötmə etməyin mümkünlüyünü gördük. Ona görə də daha maraqlı yarış izləyə biləcəyimizi təsəvvür edirəm".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi