Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Fərdi
  • 08 sentyabr, 2022
  • 16:58
Antonio Silva: Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir

"Rəqibimə hörmətlə yanaşıram. Mən peşəkaram".

"Report"un məlumatına görə, bunu azərbaycanlı kikboksçu Zabit Səmədovun rəqibi olan braziliyalı Antonio Silva deyib.

O, son 7 döyüşündə uduzması ilə bağlı verilən suala belə cavab verib: "Həqiqətən bu suala cavab vermək çətindir. Sonuncu döyüşüm Oleq Popova qarşı olub. O da "Glory" döyüşçüsü idi".

42 yaşlı "Yekəayaq" ləqəbli braziliyalı idmançı bildirib ki, maraqlı döyüş olacaq: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi mənim üçün fəxrdir. Bilirəm ki, o, Azərbaycanda kifayət qədər populyardır. Onun burada kifayət qədər dəstəkçisi olacaq. Burada sakit danışmağımıza baxmayın. Sentyabrın 10-da ağır döyüş olacaq".

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. Bu, Zabit Səmədovun son döyüşü olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti