​Daha bir ukraynalı idmançı karyerasını Azərbaycanda davam etdirəcək

​Daha bir ukraynalı idmançı karyerasını Azərbaycanda davam etdirəcək Dünya çempionatının ikincisi 10 metr hündürlükdən suya tullanma üzrə ixtisaslaşıb
Fərdi
3 Yanvar , 2015 20:40
​Daha bir ukraynalı idmançı karyerasını Azərbaycanda davam etdirəcək
Bakı. 3 yanvar. REPORT.AZ/ Ukrayna Üzgüçülük Federasiyasının daha bir üzvü karyerasını Azərbaycanda davam etdirmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə "Sport-express" nəşrinə Ukrayna yığmasının məşqçisi Tamara Tokmaçeva məlumat verib.

Onun sözlərinə görə, Olimpiya mükafatçısı Aleksey Priqorovun ardınca 28 yaşlı suyatullanan Anton Zaxarov da Bakıya gəlmək üzrədir. Məşqçi idmançıların bu addımını maddi vəziyyətlə izah edib.

2003-cü ildə Dünya çempionatının gümüş medalını qazanan Zaxarov 10 metr hündürlükdən suya tullanma üzrə ixtisaslaşıb.

Xatırladaq ki, 2014-cü ildə suyatullanan Aleksey Priqorovla yanaşı, baydarkaçı İnna Osipenko-Radomskaya və gimnast Oleq Stepko Ukraynanı Azərbaycana dəyişiblər.

Son xəbərlər

Orphus sistemi