Anna Skidan: "İslamiadanın ikiqat qalibi olduğum üçün çox xoşbəxtəm"

Anna Skidan: "İslamiadanın ikiqat qalibi olduğum üçün çox xoşbəxtəm" "İkinci dəfə Oyunların qalibi olduğum üçün çox xoşbəxtəm. Mənə belə imkanı yaratdığı üçün Azərbaycana minnətdaram".
Fərdi
9 Avqust , 2022 11:33
Anna Skidan: İslamiadanın ikiqat qalibi olduğum üçün çox xoşbəxtəm

"İkinci dəfə Oyunların qalibi olduğum üçün çox xoşbəxtəm. Mənə belə imkanı yaratdığı üçün Azərbaycana minnətdaram".

"Report"un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan atleti Anna Skidan deyib.

Çəkicatma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 30 yaşlı qadın idmançı bildirib ki, təəssüratları çox müsbətdir: "Çünki birinci yeri tutmaq həmişə xoşdur. Verdiyi dəstəyə görə komandamıza təşəkkür edirəm. Göstərdiyim nəticəyə görə də məmnunam".

Qeyd edək ki, Anna Skidan V İslam Həmrəyliyi Oyunlarında 70,23 metr nəticə ilə Azərbaycana ilk medalı qazandırıb. O, 2017-ci ildə Bakıda keçirilmiş İslamiadada isə 75,29 metr göstərici ilə birinci yeri tutmuşdu.

Son xəbərlər

Orphus sistemi