Anar Cəfərli: Güləş üzrə dünya çempionatında daha yaxşı nəticələr əldə edəcəyik

Anar Cəfərli: Güləş üzrə dünya çempionatında daha yaxşı nəticələr əldə edəcəyik İnşallah dünya çempionatında daha yaxşı nəticələr əldə edəcəyik.
Fərdi
9 İyul , 2024 03:14
Anar Cəfərli: Güləş üzrə dünya çempionatında daha yaxşı nəticələr əldə edəcəyik

İnşallah dünya çempionatında daha yaxşı nəticələr əldə edəcəyik.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında gümüş medal qazanmış güləşçisi Anar Cəfərli (92 kq) deyib.

“Komanda yoldaşlarımı təbrik edirəm. Daha yaxşı nəticələr əldə edə bilərdik. Bütün görüşlərimdə tam üstünlüklə qalib gəldim. Final görüşündə cüzi səhv üzündən uduzdum”, - o deyib.

A.Cəfərli qeyd edib ki, qarşıdan gələn daha iri miqyaslı yarışda bundan da yaxşı nailiyyətləri əldə etməyə çalışacaq: “Dünya çempionatında bu səhv təkrar olmayacaq. Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, yığma komandanın və şəxsi məşqçimə, valideynlərimə təşəkkür edirəm”.

Qeyd edək ki, Avropa çempionatında yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan milli 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Millinin heyətində Xetaq Karsanov (97 kiloqram) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi