Anar Allahverdiyev: "Əvvəlki turnirlərdə mükafat fondu daha böyük idi"

Anar Allahverdiyev: "Əvvəlki turnirlərdə mükafat fondu daha böyük idi" "Əvvəlki turnirlərdə mükafat fondu daha böyük idi. Çünki yarışlar klassik formatda təşkil olunurdu".
Fərdi
22 Noyabr , 2023 12:54
Anar Allahverdiyev: Əvvəlki turnirlərdə mükafat fondu daha böyük idi

"Əvvəlki turnirlərdə mükafat fondu daha böyük idi. Çünki yarışlar klassik formatda təşkil olunurdu".

"Report" xəbər verir ki, bunu “Vüqar Həşimov Memorial-2023” superturnirinin direktoru Anar Allahverdiyev yarışla bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, memorialın rapid və bilts formatında keçiriləcəyini diqqətə çatdırıb: "Hazırda builki turnirin mükafat fondu üzərində iş gedir".

Allahverdiyev gələn il 10-cu, yubiley memorialın gerçəkləşəcəyini və burada kişilərlə yanaşı, qadınların da mübarizə apara biləcəyini vurğulayıb.

Yarışın qarşıdakı illərdə işğaldan azad olunan şəhərlərdə təşkili də istisna edilməyib.

Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi