Amerikalı üzgüçü bir gündə iki dünya rekordu müəyyənləşdirib
Fərdi
- 04 may, 2025
- 10:50
Amerikalı üzgüçü Qretçen Uolş bir gündə iki dəfə 100 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.
"Report"un xarici KİV-ə istinadən məlumatına görə idmançı bunu Fort Lauderdeyldə (ABŞ, Florida) keçirilən turnirdə reallaşdırıb.
İdmançı ilkin mərhələdə 55,09, finalda isə 54,60 saniyə nəticə göstərib. Bundan əvvəlki dünya rekordu da məhz Uolşa məxsus idi - 55,18 saniyə.
Qeyd edək ki, 22 yaşlı üzgüçü 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə təşkil olunan dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazanıb. 2024-cü ildə amerikalı dünya çempionatında 7 qızıl medal qazanıb, həmçinin 9 dünya rekordu müəyyənləşdirib.
Son xəbərlər
22:04
Foto
Bir sıra yollarda sürət həddi endirilib, "sürüşkən yol" işarəsi aktivləşdirilib
İnfrastruktur22:01
Rəşad Sadıqov: "Sumqayıt"la oyunda dominantlıq edən tərəf biz idik"
Futbol21:55
KİV: Fevralın 6-da keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib - YENİLƏNİB
Digər ölkələr21:51
Rubio: Ukrayna üzrə həll olunmamış məsələlərin sayı azalır
Digər ölkələr21:41
Mirziyoyev: Azərbaycan və Ermənistan liderlərinin sülhə nail olmaq naminə səyləri mükafata layiqdir
Xarici siyasət21:30
Kral II Abdullah: Bu, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir
Xarici siyasət21:25
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib
Futbol21:14
Saşa İliç: "Sumqayıt" və "Zirə" komandalarının ifasında bərabər səviyyəli oyuna şahidlik etdik"
Futbol21:12