​Amerikada boks üzrə keçmiş dünya çempionu qətlə yetirilib

​Amerikada boks üzrə keçmiş dünya çempionu qətlə yetirilib O'Nil Bell şəhər avtobusundan düşərkən atəşə tutulub
Fərdi
26 Noyabr , 2015 06:52
​Amerikada boks üzrə keçmiş dünya çempionu qətlə yetirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Yamayka boksçusu, 41 yaşlı keçmiş dünya çempionu O'Nil Bell Amerikanın Atlanta şəhərində (Corciya ştatı) naməlum şəxslər tərəfindən qətlə yetirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, idmançı qarət cəhdi zamanı öldürülüb.

Bell və dostu şəhər avtobusundan düşən zaman iki naməlum şəxs onlara atəş açıb. Boksçu hadisə yerində ölüb, dostu yaralanaraq xəstəxanaya yerləşdirilib.

O'Nil Bell Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyası (WBC) versiyaları üzrə ağır çəki dərəcəsində dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi