AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər

AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkadakı Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştir
Fərdi
20 Avqust , 2024 10:25
AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkada Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.

"Report" AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb.

İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli "Gücləndirilmiş Oyunlar" (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.

Konfransın əsas istiqamətlərindən biri müasir təhdidlər və onların aradan qaldırılması strategiyalarının müzakirə edildiyi “Antidopinq üçün yeni çağırışlar” sessiyası olub. Həmçinin beynəlxalq antidopinq sisteminə etimad və qadağan olunmuş dərmanlardan istifadə edən idmançıların təcrübələrinin təhlili ilə bağlı dəyirmi masalar təşkil olunub və müzakirələr aparılıb. Dopinqdən asılılığın və onun nəticələrinin öyrənilməsinə, reabilitasiyanın effektiv üsullarının axtarışına xüsusi diqqət yetirilib.

Rüfət Efendiyev “Asılılığın hüdudlarını aşmaq: idman və reabilitasiyanın birləşməsi” mövzusunda məruzə ilə çıxış edərək, narkomaniya da daxil olmaqla, idmanın bərpa prosesinə inteqrasiyası imkanları barədə məlumat verib.

Konfrans çərçivəsində Təhminə Tağı-zadə Danimarka, Niderland və digər ölkələrin antidopinq qurumlarının rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Görüşlərdə müxtəlif ölkələrdə yeni tədqiqat strategiyaları və antidopinq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi müzakirə olunub. Antidopinq sahəsində qabaqcıl təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. Təhminə Tağı-zadə elmi tədqiqatların idmanda yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bu görüşlər milli qurumlar arasında daha çox anlaşmaya kömək etməklə yanaşı, daha effektiv şəbəkələşdirilmiş və qlobal antidopinq mexanizmlərinin yaradılmasına yönəlmiş əməkdaşlığın yollarını müəyyənləşdirəcək.

Son xəbərlər

Orphus sistemi