AMADA onlayn təhsil proqramına start verdi

AMADA onlayn təhsil proqramına start verdi Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qurumları və təhsil institutlarının müvəqqəti bağlanması ilə əlaqədar idmançılar, məşqçilər və media heyəti üzvlərinin bu dövrdən faydalı yaralanması üçün xüsusi onlayn təhsil və maarifləndirmə proqramı hazırlayıb.
Fərdi
29 Aprel , 2020 19:59
AMADA onlayn təhsil proqramına start verdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qurumları və təhsil institutlarının müvəqqəti bağlanması ilə əlaqədar idmançılar, məşqçilər və media heyəti üzvlərinin bu dövrdən faydalı yaralanması üçün xüsusi onlayn təhsil və maarifləndirmə proqramı hazırlayıb.

AMADA-dan "Report"a verilən məlumata görə, iki ay davam edəcək bu proqram antidopinq proqramının müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, koronavirus (COVID-19) pandemiyası dövründə idmançıları ən çox narahat edən suallara interaktiv formada cavab vermək imkanı yaradacaq. Proqram vebinar, sual-cavab oyunları və müxtəlif mövzular ətrafında müzakirələr formatında keçiriləcək.

Aprelin 27-də “COVID-19 və antidopinq fəaliyyəti” mövzusunda keçirilən vebinarla start götürən onlayn proqram iyun ayının sonunadək davam edəcək. İdmançılar, məşqçi heyəti və adi istifadəçilər üçün açıq keçirilən birinci vebinar zamanı COVID-19 dövründə dopinq testlər, idmançıların məkan məlumatları, Terapevtik İstifadə üçün İstisnalar (Tİİ) və digər mövzular müzakirə olunub.

Növbəti günlərdə AMADA tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları əhatə edəcək:

İdmançıların hüquq və öhdəlikləri - 5 May

Qida əlavələrinin yaratdığı risklər - 11 May

2020-ci il Qadağan edilmiş maddələr və üsulların siyahısı - 25 May

Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə AMADA-nın "Facebook" və "Instagram" səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində "Microsoft Teams" platforması üzərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi