AMADA daha bir idmançını diskvalifikasiya etdi

AMADA daha bir idmançını diskvalifikasiya etdi Bu, qadın velosipedçi Elfanə Camalovadır
Fərdi
109
29 Aprel , 2021 14:23
AMADA daha bir idmançını diskvalifikasiya etdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.

Qurumdan "Report"a verilən məlumata görə, bu, qadın velosipedçi Elfanə Camalovadır.

O, nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmə hallarına yol verdiyi üçün 2 il müddətinə diskvalifikasiya olunub.

Camalovanın cəza müddəti idmana qayıtdığı tarixdən hesablanacaq.

Son xəbərlər

Orphus sistemi