AMADA 4 il ərzində 80 antidopinq qayda pozuntusu aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində 4 627 dopinq testi götürülüb.
2020-ci ildəki test sayı isə 1 087-dir. Bunlardan 75-i beynəlxalq sifarişlər əsasında olub. 1 012-si ilə milli test proqramı çərçivəsində gerçəkləşib.
AMADA bu il 24 antidopinq qayda pozuntusu ilə əlaqədar araşdırma aparıb. Onlardan 17-si analitik, 7-si isə qeyri-analitik nəticələr əsasında araşdırılıb.
24 qayda pozuntusu 11 idman növündə olub. Bunlardan 4-ü boksda, 3-ü ağırlıqqaldırma, cüdo, taekvondo və karatedə, 2-si velosiped idmanı və güləşdə qeydə alınıb. Futbol, paracüdo, atletika və sambo ilə bağlı isə bir araşdırma aparılıb.